İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova mayın 19-da Gəncə şəhərində (ünvan: Gəncə şəhəri, Heydər Əliyev Mərkəzi) Gəncədən olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcəkdir.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Gəncə Ərazi İdarəsinə (telefon: 055 691 05 77, elektron ünvan: dedkr.3sayli@emlak.gov.az ) 16 may saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.