“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının növbəti ünvanı Fatmayı kəndi olacaq
İctimai əhəmiyyətli kampaniya əhalinin mülkiyyət hüquqlarından istifadəni təmin etməklə yanaşı, ölkədə qanunvericiliyə uyğun qeydiyyata alınmış daşınmaz əmlakların sayını artırır. Yüksək keyfiyyətli xidmətlərin göstərilməsi ilə vətəndaş məmnunluğu və rahatlığı təmin olunur.
Məlumat üçün bildirək ki, hazırda kampaniya Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan İcra Nümayəndəliyinin yanında) ünvanında davam edir. Hazırki statistikaya əsasən, qəsəbə əhalisi tərəfindən komitənin mobil ofislərinə ümumilikdə 40-dan çox müraciət daxil olub. Qanunvericiliyə uyğun olaraq bütün müraciətlər qəbul edilərək müfaviq xidmətlər göstərilib.