“Sumqayıt Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının dəyərinin 15% hissəsinin əmək kollektivi üzvlərinə güzəştli satışının keçirilməsi haqqında Elan
26 aprel 2023-cü il tarixdən 20 may 2023-cü il tarixədək Sumqayıt şəhəri, Sülh küçəsi, 3 ünvanında yerləşən “Sumqayıt Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının dəyərinin 15% hissəsinin (1 042 180.0 manat) əmək kollektivi üzvlərinə güzəştli satışı keçiriləcəkdir.
Qeyd: Güzəştli satış Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanında ("Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxs) güzəştli satış komissiyası tərəfindən keçiriləcəkdir.
Güzəştli satışın keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən (telefon: 012-311-01-60) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsindən (telefon: 018-654-47-97) almaq olar.