İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova aprelin 27-də Sumqayıt şəhərində (ünvan: Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 12, Heydər Əliyev Mərkəzi) Sumqayıtdan olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcəkdir.

Qəbula gəlmək istəyənlər (012) 5109333 və 055 4652368 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Sumqayıt Ərazi İdarəsinə (telefon: (018) 6520171 (daxili 24) və 055 3927696, elektron ünvan: dedkr.2sayli@emlak.gov.az), 25 aprel saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.