S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Əlizadə Nicat 0557585788 29 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi(siyahı əlavə olunur) 328000 32800
Qeyd: Nəqliyyat vasitələri üzrə cərimə və məhdudiyyətlər ilə bağlı məsələlərin həlli balanssaxlayıcı təşkilatlar tərəfindən təmin olunmalıdır.
Qeyd: Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 566-07-44; 514 23 64
Qeyd: Hərracda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları" tələblərinə və aşağıda qeyd olunan tələblərə  cavab verən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər
     -Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınmasına xüsusi lisenziyası mövcud olan
     -Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması sahəsində qüvvədə olan müqavilələri və 1 (bir) təcrübəsi mövcud olan
     -Mühafizə olunan təhlükəsizlik qaydalarına cavab verən şəxsi dayanacağı mövcud olan
     -Sürücülər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçmiş, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə yük daşımalarını tənzimləyən normativ hüquqi aktlar tələblərinə uyğun zəruri biliklərə malik olmalıdırlar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞ)
   
Qeyd: Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:                                                                                                                                                                                                                               1.Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)  

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)