Obyektin adı Ünvanı Sifarişçi təşkilatın adı Özəlləşdirilən
torpaq
sahəsi
(kv.m)
Əmlakın ilkin
(start) satış qiyməti
(100%)
(manat)
Torpaq sahəsinin
 ilkin (start) satış qiyməti
(manat)
Hərraca çıxarılan ümumi ilkin (srart) satış qiyməti
(manat)
10% beh (manat)
1 İstehsalat binasının yarımçıq tikilisi Göygöl rayonu, Üçtəpə kəndi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi  3854.0 35000 20000 55000 5500

Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Qeyd: Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Göygöl şəhəri üzrə:
ünvan: Göygöl şəhəri, Azad Kazımov küçəsi, 1 (Göygöl İcra Hakimiyyətinin binası), əlaqə telefonu: (kod 02220) 5-36-05

Hərracların keçirilməsi haqqında əlavə məlumatları "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsdən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsindən almaq olar.