29 və 30 noyabr tarixlərində hərrac keçirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 29 və 30 noyabr tarixlərində növbəti hərrac keçirilib. Noyabrın 29-da keçirilən hərracda 1 səhmdar cəmiyyətin səhm paketi, 1 nəqliyyat vasitəsi, lot üzrə 6 ədəd su nəqliyyatının mühərriki, 30 noyabr tarixində keçirilən hərracda isə 6 nəqliyyat vasitəsi satılıb.
29 noyabr hərracında “Beyləqan Buzxana” Açıq Səhmdar Cəmiyyətinin 45 faizlik səhm paketi özəlləşdirilib. 30 noyabr tarixində keçirilən hərraca “Azərbaycan Beynəlxalq Bankı”na məxsus avtomobillər çıxarılıb. Keçirilən hərrac rəqabətli olub. Belə ki, “Hyundaı Sonata” markalı avtomobilin ilkin start qiyməti 7 000 manat olsa da, edilən ən son təklif 12 000 manata yüksəlib.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu )
Məlumat üçün bildiririk ki, növbəti hərraclar 13, 20 və 27 dekabr tarixlərində keçiriləcək. Sadalanan tarixlərdə keçiriləcək hərraca ümumilikdə 25 dövlət obyekti, 2 helikopter və 38 nəqliyyat vasitəsi çıxarılıb.