Kütləvi informasiya vasitələrinin nəzərinə!
Tədbirdə əmlak idarəçiliyi məkanında tətbiq edilən informasiya sistemləri, elektron xidmətlər canlı olaraq nümayiş etdiriləcək, onların fəaliyyət mexanizmi və üstünlükləri ilə bağlı media nümayəndələri məlumatlanacaqlar. Eyni zamanda gələcəkdə həyata keçiriləcək yeni iri layihələr, onların iş prinsipi əyani olaraq göstəriləcək.
İnfo-tur 8 avqust, saat 11:00-da Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində (Heydər Əliyev prospekti, 139 A) keçiriləcək.