İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərraclarda vətəndaşlar üçün yaradılmış əlverişli şəraitdən istifadə etməklə rahat şəkildə əmlak sahibinə çevrilə bilərlər. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakların müxtəlifliliyi isə alıcıya seçim imkanı verir.

Avqustun 30-da keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib və bəzi nəqliyyat vasitəsiləri üzrə rəqabət qeydə alınıb. Belə ki, ilkin satış qiyməti 1.800 manat olan “UAZ” markalı avtomobilə ən son təklif 4.490 manatadək yüksəlib. Bundan başqa, ilkin satış qiyməti 2.000 manata olan “VAZ-2106” markalı maşın 3.680 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: (  https://bit.ly/3e4lGuz )  

Məlumat üçün bildiririk ki, sentyabr ayı üzrə növbəti hərraclar 6, 13 və 27 sentyabr tarixlərində keçiriləcək.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.