Sıra sayı Səhmdar cəmiyyətinin                                      adı və təsis tarixi Səhmdar cəmiyyətinin hüquqi ünvanı Nizamnamə kapitalının həcmi (manat) Buraxılmış səhmlərin ümumi sayı          (ədəd) Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər             Satışa çıxarılan səhmlərin nominal dəyəri  (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
 %-lə
1 Azinterservis
№1107  01.12.1997
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 "a" 886154.00 443077 2.00 133167 30.06 266334.00 133167.00 13316.70
2 Bakavtoservis
№303  20.11.2000
Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Q.Rəşad küçəsi, 845-ci məhəllə 1299800.00 649900 2.00 195178 30.03 390356.00 195178.00 19517.80
3 Bərdə Kəndkimya
№533   06.04.1998
Bərdə şəhəri, Sənaye küçəsi, 5  191592.20 95796 2.00 28764 30.03 57528.00 28764.00 2876.40
4 Sabirabad Təmir-tikinti
№117  04.05.2007
Sabirabad rayonu, Kürkəndi kəndi 20734.00 10367 2.00 4646 44.82 9292.00 4646.00 464.60
5 Ucar Tikinti Avtonəqliyyat
№126  27.04.2012
Ucar şəhəri, Dədə Qorqud yaşayış sahəsi 128546.00 64273 2.00 28851 44.89 57702.00 28851.00 2885.10
   Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş  hüquqi və fiziki  şəxslər iştirak edə bilərlər.
   Sifarişlər  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək  qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və  emissiya prospektləri (özəlləşdirmə planları)  ilə  Hərracların Təşkili Mərkəzində  tanış ola bilərlər.
   Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına   hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
  -müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
  -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
 (pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında  Əmlak Məsələləri  Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
  -hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
  -fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
  Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
 Pul hərracı 2022-ci il sentyabr ayının 13-da  saat 09:30-da  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
  Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin  195-1 nömrəli çağrı mərkəzi  vasitəsi ilə  və xidmətin privatization.az  portalından ala bilərsiniz.