Yeni faydalı qazıntı yataqları hərraca çıxarılır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən avqustun 3-də yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Xızı rayonunda yerləşən “Şurabad” (5 ha), Qaradağda “Gülbaxt” (6,68 ha), “Vulkan” (13,72 ha), “Şahqaya” (3 ha), “Karvansaray” (17,64 ha), Daşkəsəndə “Bulaqlı” (1 ha) və Salyanda “Babazənən 1” (1 ha) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 27 iyul 2022-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanında təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında ( https://bit.ly/3yv4SVy ) və “Özəlləşdirmə portalı”nda ( https://bit.ly/3QTrDtl ) tanış olmaq olar.