Xızı rayonu “Şurabad” qum yatağı
 N Yatağın adı   LOT   Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıqiyməti manatla) Beh məbləği(10%)(manatla)
1 Şurabad LOT-1 104 000 m3 5,0 ha qum 10 ilə qədər 368 516.00452 1939.00 10 400 1 040

Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı yatağı

 N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıqiyməti (manatla) Beh məbləği(10%)(manatla)
1 Gülbaxt LOT-1 22 803 m3 1,96 ha əhəngdaşı 4 ilə qədər 376 728.00446 5541.00 4 560 456
2 Gülbaxt LOT-2 26 118 m3 1,21 ha əhəngdaşı 4 ilə qədər 375 380.00446 4606.00 5 220 522
3 Gülbaxt LOT-3 36 584 m3 1,70 ha əhəngdaşı 5 ilə qədər 375 599.00446 4623.00 7 320 732
4 Gülbaxt LOT-4 26 562 m3 1,16 ha əhəngdaşı 4 ilə qədər 376 244.00446 3895.00 5 320 532
5 Gülbaxt LOT-5 11 954 m3 0,65  ha əhəngdaşı 2 ilə qədər 376 372.00446 4209.00 2 400 240
 
Qaradağ rayonu “Vulkan” əhəngdaşı yatağı

 N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıqiyməti (manatla) Beh məbləği(10%)(manatla)
1 Vulkan LOT-1 124 266 m3 7,7 ha əhəngdaşı 14 ilə qədər 372 492.00445 9137.00 24 860 2 486
2 Vulkan LOT-2 9 577 m3 1,26 ha əhəngdaşı 2 ilə qədər 372 342.00445 9421.00 1 920 192
3 Vulkan LOT-3 13 626 m3 0,76 ha əhəngdaşı 2 il 6 ay qədər 373 228.00445 9351.00 2 720 272
4 Vulkan LOT-4  24 341 m3 2,0 ha əhəngdaşı 3 il 6 ay qədər 372 365.00445 9075.00 4 860 486
5 Vulkan LOT-5  38 777 m3 2,0 ha əhəngdaşı 4 il 6 ay qədər 372 493.00445 9199.00 7 760 776
 
Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağı

 N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıqiyməti (manatla) Beh məbləği(10%)(manatla)
1 Şahqaya LOT-1 101 170 m3 3,0 ha əhəngdaşı 11 ilə qədər 371 940.00446 3149.00 20 240 2 024

Qaradağ rayonu “Karvansaray” əhəngdaşı yatağı

 N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıqiyməti (manatla) Beh məbləği(10%)(manatla)
1 Karvansaray LOT-1 49 590 m3 4,34 ha əhəngdaşı 5 ilə qədər 369 635.00445 8233.00 9 920 992
2 Karvansaray LOT-2 56 012 m3 4,34 ha əhəngdaşı 7 ilə qədər 368 927.00445 9881.00 11 200 1 120
3 Karvansaray LOT-3 60 308 m3 1,96 ha əhəngdaşı 7 ilə  qədər 368 821.00446 0049.00 12 060 1 206
4 Karvansaray LOT-4  225 680 m3 7,0 ha əhəngdaşı 25 ilə qədər 367 784.00445 9912.00 45 140 4 514

Daşkəsən rayonu “Bulaqlı” mərmərləşmiş əhəngdaşı yatağı

 N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıqiyməti (manatla) Beh məbləği(10%)(manatla)
1  Bulaqlı  LOT-1 212 500 m3 1,0 ha Mərmərləşmiş əhəngdaşı 23 ilə qədər 591 118.00447 8584.00 21 250 2 125

Salyan rayonu “Babazənən 1” gil yatağı

 N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıqiyməti (manatla) Beh məbləği(10%)(manatla)
1 Babazənən 1  LOT-1 63 000 m3 1,0 ha gil 7 ilə qədər 330 575.35439 1229.77 6 300 630
 
Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.
 
Qeyd: Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 195-1, tel: (012) 566-07-44
 
Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə - nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə rekvizitləri; fiziki şəxsdirsə - şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 27 iyul 2022-ci il saat  16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.
 
Hərracda iştirak etmək üçün hüquqi və fiziki şəxslər Agentliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə (bundan sonra “ərizə”) təqdim edir.
Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaqdır.
Hərracda iştirak etmək istəyənlər 540 manat məbləğində xidmət haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra, Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, İstiqlaliyyat, 31 (Əlaqələndirici şəxs: Elçin Məcidov, telefon: (012) 505 97 82 (daxili 107)) ünvanından ala bilərlər.
 
Hesab:AZ61AIIB38020019440812108103
VÖEN 1306614461
Bank: "Kapital Bank" ASC, Yasamal filialı
Kodu: 200037
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
S.W.İ.F.T: AIIBAZ2X
Xidmət haqqı heç bir halda geri qaytarılmır.
 
Agentlik tərəfindən (hərrac komissiyası tərəfindən lazımi sənədlər yoxlandıqdan sonra) hərrac iştirakçısına hərrac ilə bağlı dəvət məktubu verildikdən sonra 2 (iki) iş günü ərzində başlanğıc qiymətinin 10% miqdarında beh məbləği ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.

Qoşma:

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə 
Fiziki şəxs / Hüquqi şəxs              
VÖEN: 
Ünvan:
 
 
 
Ərizə
 
Xahiş edirik hərracda iştirak etmək üçün icazə verəsiniz.

 
 
Qoşma
 
İmza: Tarix:


Hərracın qalibi aşağıdakı şərtlərə əməl etməlidir

 
Faydalı qazıntı çıxarmaq üçün verilmiş "Dağ-mədən ayırması aktına” görə qoyulan tələblər:
- yerin təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə “Dağ-mədən işlərinin inkişafı planı”nın, Topoqrafiq planın 10 iş günü müddətində Agentliyə təqdim olunması təmin edilməlidir;
- yerin təkindən istifadə məqsədilə dağ-mədən fəaliyyətinə başlamadan öncə rəsmiləşdirilmiş torpaqayırma sənədlərinin, o cümlədən torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiqlənmiş yerquruluşu planının və ya torpaq sahəsinin ölçüsü və planı sənədinin 30 gün ərzində təqdim olunması təmin edilməlidir;
- üst açma zamanı torpağın münbit qatının sıyrılaraq səmərəli istifadə  məqsədilə saxlanılması, qum-çınqıl materialının götürülməsi başa çatan ərazilərin rekultivasiya edilməsinin və gələcəkdə istifadə üçün yararlı hala salınaraq torpaq sahibinə qaytarılmasının təmin edilməsi;
- Respublikaının avtomobil yollarından və yol qurğularından istlfadə edilərkən, onların qorunmasının təmin olunması məqsədilə AR Nazirlər Sovetinin 1989-cu il 17 noyabr tarixli 461 nömrəli Qərarının tələblərinə riayət edilməsi;
- “Magistral boru kəmərlərinin, körpülərin, hidrotexniki qurğuların və yüksək gərginlikli elektrik hava xətlərinin mühavizəsinin gücləndirilməsinə dair bəzi tədbirlər barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 avqust tarixli 191 saylı Qərarının tələblərinə riayət edilməsi;
- Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 351 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında” Əsasnamənin əlavəsinə müvafiq olaraq istehsal üçün təyin olunmuş ödənişin vaxtında ödənilməsinin təmin edilməsi;                            
- istismar zamanı ayrılmış “Dağ mədən ayırması” sahəsindən kənaraçıxma hallarına yol verilməməsi və istismar işlərinin müəyyən edilmiş dərinliyə qədər aparılmasının təmin olunması;
- fəaliyyət dövründə ekoloji tələblərə ciddi riayət edilməsi;
- karxananın istismarı üçün hər il “Dağ-mədən işlərinin inkişaf planı”nın tərtib olunaraq müəyyən olunmuş qaydada Agentlik ilə razılaşdırılması;
- Azərbaycan Respublikası qanunvericiliyinə, habelə yerin təkindən istifadə üzrə standartlara (normativlərə və qaydalara) riayət edilməsi, faydalı qazıntıların normadan artıq itkisinə, keyfiyyətinin aşağı düşməsinə yol verilməməsi;
- yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud istismar sahəsinin hasarlanması, giriş çıxış  yollarının işarələnməsi, Dağ mədən ayırması hüdudlarından kənar ərazilərin sözügedən fəaliyyətlə əlaqəli olan antropogen təsirlərdən qorunması;
- istismar işlərinin aparılması zamanı hakim küləklərin nəzərə alınması, qeyri üzv tozun yaranmasının və ətraf yaşayış məntəqələrinə yayılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi;
- nəqletmə zamanı avtomobil nəqliyyatlarının banının xüsusi çadırlarla ötürülməsinin təmin edilməsi;
- sanitar və ekoloji mühafizə tələblərinə əməl edilməsi;
- Faydalı qazıntı çıxaran müəssisə rəhbərləri və vəzifəli şəxsləri "Dağ-mədən ayırması" statusunu təsdiq edən aktdan irəli gələn, yer təkinin istifadəçisi kimi vəzifə borclarını yerinə yetirmədiklərinə və "Yerin təki haqqında" qanunun tələblərini pozduqlarına görə məsuliyyət daşıyırlar. Yerin təkindən özbaşına istifadə edən cavabdeh vəzifəli şəxslər və sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
- Faydalı qazıntı çıxaran müəssisədə "Dağ-mədən ayırması"nı təsdiq edən aktın, "Dağ-mədən ayırması" sənədlərinin dolğun və düzgün olmasına, həmçinin "Dağ-mədən ayırması" hüdudları daxilində dağ işlərinin aparılmasında "Yer təki haqqında" qanuna riayət olunmasına nəzarəti Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi həyata keçirir.
- yatağın işlənməsini faydalı qazıntı çıxaran müəssisənin təsdiq olunmuş layihəsinə, dağ işlərinin inkişaf planına və texniki istismar qaydalarına uyğun yerinə yetirilməldir;
- yataqlardan əsas və onlarla birlikdə yatan faydalı qazıntıları və sənaye əhəmiyyəti kəsb edən qiymətli komponentləri çıxarmaq üçün daha səmərəli effektliliyə malik üsulları və işlənmə sistemləri tətbiq edilməlidir;
 
 
- faydalı qazıntıların normadan artıq itirilməsinə və kasadlaşmasına, həmçinin yataq və lay sahələrinin seçmə yolla işlənməsinə yol verməmlidir;
- faydalı qazıntı yatağının kəşfiyyatardı və istismar kəşfiyyatının, digər geoloji işlərin, markşeyder işlərinin aparılmasını, həmçinin geoloji, markşeyder və texniki sənədlərdə tələb olunan işləri yerinə yetirməlidir;
- faydalı qazıntı ehtiyatlarının vəziyyətinin, hərəkətinin, itirilməsinin və kasadlaşmasının hesabatının aparılmasını həyata keçirməlidir;
- dağ işlərinin aparılması zamanı işlənən və onunla qonşuluqda yatan faydalı qazıntı yataqlarının korlanmasına yol verməməyə və Yerin təkində işlənməsi konservasiya olunmuş ehtiyatlarının mühafizəsini təmin etməlidir;
- əsas faydalı qazıntı ilə birlikdə çıxarılan, müvəqqəti istifadə olunmayan faydalı qazıntıların hesabatının aparılmasına və mühafizəsinə nəzrət etməlidir;
- açılış süxurlarının və istehsalat tullantılarının düzgün idarəedilməsini təmin etməlidir;
- işçilərin həyat və sağlamlığını, Yerin təkinin, ətraf təbii mühitin və digər obyektlərin mühafizəsini, bina və qurğuların dağ işlərinin zərərli təsirindən mühafizəsini təmin etməlidir;
- qəzanın ləğv edilməsi planını işləyib təsdiq etməlidir (FHN);
- faydalı qazıntı yataqlarının işlənməsində nadir geoloji və mineraloji törəmələrin, meteoritlərin, paleontoloji, arxeoloji və digər elm və mədəniyyət üçün maraqlı olan obyektlərin aşkar edildiyi hallarda işləri dayandırmağa və aidiyyəti üzrə dövlət orqanlarına məlumat verməlidir;
- Yerin təkinin və yatağın səmərəli və kompleks şəkildə istifadəsinə idarədaxili nəzarət həyata keçirməlidir;
- dağ işlərinin aparılması konservasiya edildikdə, yaxud həmişəlik dayandırıldıqda, faydalı qazıntı çıxaran müəssisənin, yaxud onun bir hissəsinin ləğv və konservasiya işlərini həyata keçirməlidir;
- ümumi yayılmış faydalı qazıntı ehtiyyatlarının balans hesabatının ( 5K forması) 2022-ci ilin əvvəlində Agentliyə təqdim edilməsi.
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq faydalı qazıntı yataqlarının işlənməsi nəticəsində pozulmuş torpaq sahələrinin təhlükəsiz, həmçinin gələcəkdə istifadə edilməsi üçün yararlı vəziyyətə gətirilməsi məqsədilə rekultivasiya işləri həyata keçirilməlidir;     
- Yerin təkinin istifadəçisi "Dağ-mədən ayırması" aktı aldıqdan iki il müddətində işə başlamamışdırsa "Dağ-mədən ayırması" aktı öz qüvvәsini itirir və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır;
- Müəssisənin (fiziki şəxsin) ona verilmiş "Dağ-mədən ayırması aktı"nı digər müəssisəyə (fiziki şəxsə) verməsi qadağan edilir.
- Yuxarıda qeyd olunan ekoloj tələblərin icrası məqsədilə Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi tərəfindən nəzarətə götürülməsinə şərait yaradılmalı, eyni zamanda hər bənd üzrə görülən işlərin nəticəsi barədə nazirliyin müvafiq qurumlarına məlumat verilməli və cari vəziyyət haqqında rəsmi məlumatlar Agentliyə təqdim olunmalıdır.
- Müəssisənin konservasiyası və ya ləğv olunması aktı təsdiq olunduqdan 30 gün müddətinə "Dağ-mədən ayırması" aktı, geoloji və markşeyder sənədlərinin surətlərini almış müəssisənin iltizamının surətilə birlikdə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə qaytarılır.
- Göstərilən vəzifələri yerinə yetirmədikdə faydalı qazıntı çıxaran müəssisənin rəhbərləri və vəzifəli şəxsləri, fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.
- Müəssisə konservasiya yaxud ləğv olunduqdan sonra, işlərin dayandırıldığı günədək yerin təkinin istifadə olunmuş sahəsinin markşeyder sənədlərinin əsli tələb olunan bütün məlumatlarla doldurulmuş şəkildə 10 gün müddətinə tabeliyində olduğu idarəyə təqdim etməlidir. Markşeyder planlarının, geoloji xəritələrin və kəsilişlərin surətləri isə qonşu müəssisələr də daxil olmaqla həmin müddətdə marağı olan təşkilatlara, müəssisələrə verilməlidir.