İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 28-də keçirilən hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Nəqliyyat vasitələrinə edilən sifarişlərin çoxluğu hərracı rəqabətli edib. İlkin satış qiyməti 9.000 manata olan “Honda Accord” markalı avtomobilə edilən ən son təklif 11.900 manat olub. Bundan başqa, ilkin satış qiyməti 4.500 manata olan “Chevrolet Niva” markalı maşın 5.200 manata özəlləşdirilib. Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3yqruGw )