Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” İşçi qrupunun iyunun 21-də video-konfrans formatında növbəti iclası keçirilib.
İclasda Dünya Bankı Qrupunun yeni – “Әlverişli Biznes Mühiti” layihәsinin “Əmlakın qeydiyyatı və icarəsi” indikatoru üzrə diaqnostika matrisasının tәrtibi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Sonra işçi qrupun 2021-ci il üzrə Fəaliyyət Planının monitorinqinin nəticələri barədə fikir mübadiləsi aparılıb.
İclasa dövlət qurumlarının və özəl sektorun nümayəndələri qatılıb.
Qeyd edək ki, “Əmlakın qeydiyyatı” işçi qrupunun fəaliyyəti ilk növbədə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılmasına, bu məqsədlə daşınmaz əmlakın alqı-satqısı və qeydiyyatı sahələrində islahatların həyata keçirilməsinə, müvafiq sahələrdə qanunvericiliyin təkmilləşdirilməsinə istiqamətlənib.