Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” İşçi qrupunun 21 iyun saat 15:00-da video-konfransının keçirilməsi nəzərdə tutulub.  

İclas “Əmlakın qeydiyyatı” İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi və 2021-ci il üzrə fəaliyyətinin nəticələri, həmçinin, Dünya Bankı Qrupunun “Әlverişli Biznes Mühiti” layihәsinin “Əmlakın qeydiyyatı və icarəsi” indikatoru müzakirə olunacaq.

Fəaliyyət sahəsi üzrə müzakirələrə təklif vermək istəyən şəxslər, o cümlədən özəl sektor nümayəndələri azranking.az saytında “Rəqəmsal Təqvim” bölməsində yaradılan müvafiq səhifəyə keçməklə (https://bit.ly/3y387TQ) iclasın gündəliyi ilə tanış ola, həmin bölmədən, eləcə də “Onlayn Müraciət” bölməsinə daxil olaraq müvafiq sahə üzrə öz təkliflərini göndərə bilərlər.