Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün yeni kampaniya elan edir
Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Eyni zamanda çıxarışların 1 iş günü müddətində verilməsi də vətəndaş məmnunluğuna istiqamətlənib. Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də «Kütləvi çıxarış» kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Komitənin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir.