İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Effektiv kommunikasiya və təqdimat bacarıqları” adlı təlim keçirilib. Məqsəd  əməkdaşların fərdi inkişafına dəstək olmaq, onların peşəkarlıq səviyyəsini artırmaqdır.

Dövlət Xidmətinin işçilərinin iştirak etdiyi təlimdə effektiv ünsiyyətin qurulması, kommunikasiyada istifadə edilən doğru və yanlış hərəkətlərlə bağlı məlumatlar verilib, ünsiyyətə mane olan amillər və bu maneələrin aradan qaldırılması yollarından bəhs olunub. Təlim iştirakçıları qısa təcrübə keçərək, müzakirələrdə iştirak ediblər. Sonda təlimçilər iştirakçıların suallarını cavablandırıb.