İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 19, 21 və 26 aprel tarixlərində hərrac keçiriləcək. Aprelin 19-də təşkil olunacaq hərraca 20 nəqliyyat vasitəsi, 16 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili, 21 və 26 aprel tarixində keçiriləcək hərraclara isə müvafiq olaraq 32 və 23 nəqliyyat vasitəsi çıxarılacaq.

Qeyd olunan tarixlərdə keçiriləcək hərraclarda ümumilikdə 75 nəqliyyat vasitəsinin satışı nəzərdə tutulur ki, bunların arasında ABŞ, Koreya və Rusiya istehsalı olan avtomobillər üstünlük təşkil edir. 1983-2013-cü illərdə istehsal olunan bu nəqliyyat vasitələrinin marka və təyinatları müxtəlifdir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iaşə, kənd təsərrüfatı sahələrinə aiddir və əsasən bölgələrdə yerləşir. Həmin müəssisələrin özəlləşdirilməsi iqtisadiyyatın bir çox sahələrinin inkişaf etdirilməsinə imkan verir.

Tam siyahı ilə burada tanış ola bilərsiniz:   (https://bit.ly/3mmNVpB).

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də  Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.