Vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, müraciətlərindəki məsələlərin həllində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı komitə sədrinə xahişlərini bildiriblər. Bir neçə vətəndaş müraciəti dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub. Onlar icarə müqaviləsi əsasında istifadə etdikləri və ya icarədə və istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciət ediblər.

Sədr komitənin səlahiyyətlərinə aid olan bir sıra vətəndaş müraciətlərinin təcili həlli üçün tapşırıq və göstərişlərini verib. Eyni zamanda, vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı qanunvericilik izah edilib və məsləhətlər verilib. Qəbulda araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Vətəndaşlara müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi bildirilib.

Komitə sədri əvvəlcədən qəbula yazılmayan və qəbul günü birbaşa müraciət edən bir sıra vətəndaşı da qəbul edib və müraciətlərini dinləyib.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün keçirilən qəbulla bağlı Kütləvi İnformasiya Vasitələrində əvvəlcədən müvafiq elanlar verilib.

Komitə sədri tərəfindən respublikanın şəhər və rayonlarında belə vətəndaş qəbulları növbəti aylarda da keçiriləcəkdir.