Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun iclası keçiriləcək
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı” işçi qrupunun 10 fevral saat 15:00-da video-konfransının keçirilməsi nəzərdə tutulub.
İclasda daşınmaz əmlakın qeydiyyatı sahəsində optimallaşdırma ilə bağlı hazırlanmış “Daşınmaz Əmlakın Elektron Qeydiyyatı” informasiya sisteminin yaradılması haqqında” fərman layihəsi və daşınmaz əmlakların alqı-satqısı zamanı xidmət haqlarının optimallaşdırılması imkanları mövzuları müzakirə olunacaq.
Fəaliyyət sahəsi üzrə müzakirələrə təklif vermək istəyən şəxslər, o cümlədən özəl sektor nümayəndələri azranking.az saytında “Rəqəmsal Təqvim” bölməsində yaradılan müvafiq səhifəyə keçməklə (https://bit.ly/3HIBL31 ) iclasın gündəliyi ilə tanış ola, həmin bölmədən, eləcə də “Onlayn Müraciət” bölməsinə daxil olaraq müvafiq sahə üzrə öz təkliflərini göndərə bilərlər.