Hərraca yeni faydalı qazıntı yataqları çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Abşeron rayonunda yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının, Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının, Ağsuda yerləşən Girdimançay” qum-çınqıl yatağının müvafiq olaraq 3.5, 1.8 və 5 hektar sahəsi hərraca çıxarılacaq.
Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 25 fevral 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3uk5ETB) və Özəlləşdirmə portalında tanış olmaq olar.