Sıra sayı Səhmdar cəmiyyətinin adı və təsis tarixi
Səhmdar cəmiyyətinin hüquqi ünvanı
Nizamnamə kapitalının həcmi (manat)
Buraxılmış səhmlərin ümumi sayı
(ədəd)
Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
%-lə
1 Bərdə Mexaniki Təmir № 272 25.10.2000 Bərdə rayonu, Alaçadırlı kəndi 245038.00 122519 2.00 36787 30.03 73574.00 36787.00 3678.70
2
Beyləqan Buzxana
№100 15.04.2011
Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsi 87536.00 87536 1.00 39393 45.00 39393.00 19696.50 1969.65
3 Salyan broyler №376 26.12.2000 Salyan rayonu, Xələc kəndi
1120118.00
560059 2.00 168225 30.04 336450.00 168225.00 16822.50
4 Tovuz Məişət
№596 15.08.1997
Tovuz şəhəri, S.Vurğun küçəsi, 14 110442.60 55222 2.00 16568 30.00 33136.00 16568.00 1656.80
5 Goranboy Aqrotexservis №1084 01.12.1997 Goranboy rayonu,Qızılhacılı kəndi 453877.60 226938 2.00 68121 30.02 136242.00 68121.00 6812.10
6 Zaqatala Fındıq
№25 06.01.1998
Zaqatala şəhəri,Azərbaycan prospekti, 37 838868.80 419434 2.00 125992 30.04 251984.00 125992.00 12599.20

   Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş  hüquqi və fiziki  şəxslər iştirak edə bilərlər.
   Sifarişlər  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək  qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və  emissiya prospektləri (özəlləşdirmə planları)  ilə  Hərracların Təşkili üzrə Auksion Mərkəzində  tanış ola bilərlər.
   Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına   hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
  -müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
  -müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
 (pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında  Əmlak Məsələləri  Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
  -hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 
  -fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
  Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
 Pul hərracı 2022-ci il fevral  ayının 22-də  saat 09:30-da  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
  Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin  193 nömrəli çağrı mərkəzi  vasitəsi ilə  və xidmətin privatization.az  portalından ala bilərsiniz.