Sıra sayı Səhmdar cəmiyyətinin adı və təsis tarixi
Səhmdar cəmiyyətinin hüquqi ünvanı
Nizamnamə kapitalının həcmi (manat)
Buraxılmış səhmlərin ümumi sayı
(ədəd)
Bir səhmin nominal qiyməti (manat) Satışa çıxarılmış səhmlər Satışa çıxarılan səhmlərin nominal dəyəri (manat) Satışa çıxarılan səhmlərin ilkin hərrac (satış) qiyməti
(manat)
İlkin satış qiymətinin
10%-i həcmində hesablanmış behin məbləği (manat)
sayı (ədəd) buraxılmış səhmlərin ümumi sayında
%-lə
1 Azinterservis
№1107 01.12.1997
Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 106 "a" 886154.00 443077 2.00 133167 30.06 266334.00 133167.00 13316.70
2
Azərkəndtikinti
№313 31.05.1999
№265 30.08.2010
Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 44 493508.60 987016 0.50 71 0.01 35.50 35.50 3.55
3 Azərinkom
№53 04.03.1997
Bakı şəhəri, Səbail rayonu, Ə.Əliyev küçəsi, 38
77799.60
38900 2.00 1 0.00 2.00 2.00 0.20
4 Bərdə Dəmir Beton-9
№ 270 25.10.2000
Bərdə rayonu, Alaçadırlı kəndi 203509.00 1017545 0.20 14 0.00 2.80 2.80 0.28
5 Biləsuvar Broyler
№388 02.03.1998 
Biləsuvar rayonu, Nəsimi kəndi 297458.00 148729 2.00 44733 30.08 89466.00 44733.00 4473.30
6 Ceyranbatan Dəmir Beton
№ 407 29.12.2011
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Quliyev küçəsi 1 1057770.00 528885 2.00 13 0.00 26.00 26.00 2.60
7 Kürdəmir Aqrotexservis
№915 27.10.1997
Kürdəmir şəhəri,Vaqif küçəsi,5
333008
166504 2.00 49952 30.00 99904.00 49952.00 4995.20
8 Ləki Sinklənmiş qablar
№532 06.04.1998
Ağdaş rayonu, Ləki qəsəbəsi 178828.00 89414 2.00 26835 30.01 53670.00 26835.00 2683.50
9 Olefin Elmi-Tədqiqat və İstehsalat Mərkəzi
№171 11.07.2006
Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev küçəsi, 29 365452.00 1461808 0.25 55 0.00 13.75 13.75 1.38
10 Şəmkir
№301 16.06.1997
Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 18 150418.20 75209 2.00 31 0.04 62.00 62.00 6.20
11 Xırdalan Nəqliyyat
№927 27.10.1997
Abşeron rayonu, Xırdalan şəhəri
59230.60
29615 2.00 83 0.28 166.00 166.00 16.60
12 Xosrov Metal Plastmas №541 06.04.1998 Ağdaş rayonu, Xosrov kəndi 94552.00 47276 2.00 14220 30.08 28440.00 14220.00 1422.00
13 Yevlax Taxılçı
№ 182 30.04.1997
Yevlax şəhəri, Ordubadi küçəsi, 56 763932.00 190983 4.00 19228 10.07 76912.00 38456.00 3845.60
Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) və yaxud Xidmətin emlak.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır. Məlumat yerləşdirildiyi gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla xidmətin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.
Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş;
-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;
(pul hərraclarına çıxarılan səhmlərin ilkin satış qiymətinin 10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 hesablaşma hesabına (VÖEN:2000015631) ödənilməlidir.)
-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.
Hərracda iştirak etmək üçün “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq İnvestisiya şirkətlərində depo hesabın açılması tələb olunur.
Pul hərracı 2022-ci il yanvar ayının 25-də saat 09:30-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) keçiriləcəkdir.
Əlavə məlumatı Əmlak Məsələləri Dövlət Xidmətinin 193 nömrəli çağrı mərkəzi vasitəsi ilə və xidmətin privatization.az portalından ala bilərsiniz.