İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində struktur dəyişikliyi ilə əlaqədar 30 noyabr 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə hərrac təxirə salınmışdır. Hərracın keçirilmə vaxtı barədə Xidmətin rəsmi saytında elan yerləşdiriləcək.