“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 173  ünvanında, Oğuz şəhəri,  Heydər Əliyev küçəsi,124 ünvanında və Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 144 ünvanında yerləşən qeyri - yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektlərinin) icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir.

Müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Müsabiqə komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilmişdir.

Müsabiqəyə çıxarılmış obyektlərin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin də daxil olduğu Müsabiqə Komissiyası tərəfindən 22 və 23 iyul 2021-ci il    tarixlərində  müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edilmişdir.

Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 173 ünvanında yerləşən, Azərbaycan Tibb Universitetinin  balansında olan, 9 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 165,0 kv.m. qeyri-yaşayış sahəsi üzrə - Mustafayev Orxan Abbas oğlu qalib olmuşdur.

Oğuz şəhəri,  Heydər Əliyev küçəsi,124 ünvanında yerləşən, Oğuz Rayon İcra Hakimiyyəti, Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin balansında olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 13,6 kv.m. qeyri-yaşayış sahəsi üzrə - Həsənov Nasif Bayram oğlu qalib olmuşdur.

Qax şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 144 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Qeydiyyat və Notariat Baş İdarəsinin balansında olan, 1 mərtəbəli tikili və zirzəmisindəki  177,6 kv.m. qeyri-yaşayış sahəsi üzrə - Əhmədov Mübariz Tahir oğlu qalib olmuşdur.