Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin MƏLUMATI
“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 4 A ünvanında və Astara şəhəri, İstiqlaliyyət küçəsi,15 ünvanında yerləşən qeyri - yaşayış sahələrinin (daşınmaz dövlət əmlakı obyektlərinin) icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir.
Müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Müsabiqə komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilmişdir.
Müsabiqəyə çıxarılmış obyektlərin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin də daxil olduğu Müsabiqə Komissiyası tərəfindən 20 və 21 aprel 2021-ci il tarixlərində müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edilmişdir.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, 4 A ünvanında yerləşən, Xəzər Rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə Nümayəndəliyi balansında olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 33,5kv.m. qeyri-yaşayış sahəsi üzrə - Səfərov Fuad Nüşrəvan oğlu qalib olmuşdur.
Astara şəhəri, İstiqlaliyyət küçəsi,15 ünvanında yerləşən, Astara Rayon İcra Hakimiyyəti, “Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyi” MMC-nin balansında olan, 3 mərtəbəli binanın 2-ci mərtəbəsindəki 50,2 kv.m. qeyri-yaşayış sahəsi üzrə - Mircavadov Cavid Fəxrəddin oğlu qalib olmuşdur.