Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
MƏLUMATI

“Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və 22 iyun 2010-cu il tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na müvafiq olaraq  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə prospekti, 840 ünvanında yerləşən qeyri - yaşayış sahəsinin (daşınmaz dövlət əmlakı obyektinin) icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir.

Müsabiqədə iştirak etmək üçün bir sıra fiziki və hüquqi şəxslər tərəfindən Müsabiqə komissiyasına sifariş və müsabiqə təklifləri təqdim edilmişdir.

Müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin də daxil olduğu Müsabiqə Komissiyası tərəfindən 23.02.2021-ci  tarixində müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edilərək, protokol tərtib edilmişdir.

Qərara əsasən icarəyə verilməsi üçün müsabiqəyə çıxarılmış Şəki şəhəri, Məmməd Əmin Rəsulzadə prospekti, 840 ünvanında yerləşən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Qeydiyyat və Notariat Baş İdarəsinin balansında olan, 2 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 146,3 kv.m. qeyri-yaşayış sahəsi üzrə - Səmədov Xətai Hacı oğlu qalib olmuşdur.