Növbəti səyyar sənəd qəbulu bu ünvanlarda keçiriləcək
İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 21-i Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137 məhəllə (Yeni ünvan sisteminə görə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 37,39), oktyabrın 23-də isə Xətai rayonu, Neapol küçəsi, 26 (Yeni ünvan sisteminə görə Xətai rayonu, Mehmandarov küçəsi, 70-78) ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.