Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar
İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 5-i Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 196 (Yeni ünvan sisteminə görə M.Həmidov küçəsi, 56) ünvanında, oktyabrın 9-da isə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137-ci məhəllə (Yeni ünvan sisteminə görə A.M.Şərifzadə küçəsi, 37) ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbulu aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.