Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar
İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu sentyabrın 30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1030-cu məhəllə ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 22 ünvanda səyyar qəbulu aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.