Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanlar
İstismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 19-də Bakı şəhəri, Nərimanov rayonu,1937-ci məhəllə, Ə.Əliyev küçəsi, 8 ünvanında, avqustun 21-də isə Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi,377-ci məhəllə ünvanında keçiriləcək.
Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq səkkiz ünvanda səyyar qəbulu aparılıb.
Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.