Təxirə salınmış hərrac 18 avqustda keçiriləcək
Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı hərracda iştirak üçün sifarişləri qəbul edilmiş nəqliyyat vasitələrinin 31 mart 2020-ci il tarixində təxirə salınmış hərracı 18 avqust 2020-ci il tarixində təşkil ediləcəkdir.
Prosesə marağı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracların gedişini izləyə bilər.