18 avqust 2020-ci il tarixində saat 10:00-da Mingəçevir şəhərində təkrar hərraca çıxarılacaq tikintisi dondurulmuş, tikintisinin normativ müddətləri ötmüş və tikintisi başa çatdırılmamış obyektin siyahısı
№ | Obyektin adı | Ünvanı | Sifarişçi təşkilatın adı | Özəlləşdirilən torpaq sahəsi (kv.m) |
Əmlakın ilkin (satış) qiyməti (100%) (manat) |
Torpaq sahəsinin ilkin (satış) qiyməti (manat) |
Hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti (manat) |
10% beh (manat) |
1 | 36 mənzilli yaşayış binasının yarımçıq tikilisi | Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 16 | Mingəçevir şəhər İcra Hakimiyyəti, Əsaslı Tikinti,Təmir və Abadlaşdırma Şöbəsi | 1140,8 | 115000 | 10000 | 125000 | 12500 |
Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır: 1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN). 2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş. 3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir). Qeyd: Hərrac Mingəşevir şəhərində müvafiq yerli hərrac komissiyası tərəfindən keçiriləcəkdir. Mingəçevir şəhəri üzrə: ünvan: Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 26/11, əlaqə telefonu: (kod 02427) 4-45-00, 4-39-00 Hərracın keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının özəlləşdirilməsi şöbəsindən almaq olar. |