Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib
Qeyd edilməlidir ki, qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaq istifadəçiliyi və inzibatçılığı, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaqdır.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Komitənin 7 saylı ərazi şöbəsi: (2125) 5-04-57; (2120) 4-41-07
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: (02120) 4-29-19; (02121) 5-52-45
Eyni zamanda vətəndaşlar qəbula yazılmaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərlər:
Komitənin 7 saylı ərazi şöbəsi: Şirvan ş. M.Ə.Rəsulzadə küç.14
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi: Hacıqabul şəhəri, H.Əliyev pr., 9,