İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Yanvarın 17-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub, muğam ustalarının və aktyorların ifasında ədəbi-bədii kompozisiya dinlənilib.