Növbəti mobil qeydiyyat kampaniyası 815 mənzili əhatə edəcək
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə 21-24 yanvar tarixlərində Nərimanov və Nizami rayonlarında istismarına icazə verilmiş binalarda keçiriləcək.
Səyyar qeydiyyat xidmətindən 21 yanvar tarixində Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə, 22 yanvarda saat 9:00-dan 13:00-dək Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, 99 və 101, saat 14:00-dan 18:00-dək isə Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-cü məhəllə ünvanlarında yerləşən binaların sakinləri yararlana biləcəklər.
Nizami rayonu üzrə kampaniya 23 yanvarda Ş. Mirzəyev, T. Abbasov və R. Teymurov küçələrinin kəsişməsində, 2444-cü məhəllə, 24 yanvarda isə E.Süleymanov küçəsi, 59 ünvanlarındakı çoxmənzilli binalarda davam etdiriləcək və ümumilikdə 815 mənzili əhatə edəcəkdir.
Mənzillərini dövlət reyestrində qeydiyyata almaq istəyənlər şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı olmaqla ilkin sənədlərlə mobil ofislərə müraciət edə bilərlər.