Bu həftə 7 ünvanda mənzillər səyyar qeydiyyata alınacaq
İstismarına icazə verilən binalardakı mənzillərin dövlət qeydiyyatına alınması məqsədilə müxtəlif ünvanlarda səyyar xidmətlər təşkil olunur.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar qeydiyyat Yasamal rayonunda keçiriləcək.
23-29 dekabr tarixlərində 7 ünvan üzrə göstəriləcək qeydiyyat xidməti 1300-ə yaxın mənzili əhatə edəcək.
Qeydiyyat kampaniyası 23 dekabrda D.Bünyadzadə küçəsi, 11D, 24 dekabrda M.Seyidov küçəsi, 3149-cu məhəllə, 25 dekabrda Moskva prospekti, 3168-ci məhəllə, 26 dekabrda D.Bünyadzadə küçəsi, 15 A ünvanlarındakı binaların həyətində təşkil olunacaq. Dekabrın 27-də qeydiyyat xidməti D.Əliyeva küçəsi, ev 17 ünvanında, 28 dekabrda Talıblı və D.Bünyadzadə küçələrinin kəsişməsində, 29 dekabrda isə Z.Xəlilov küçəsi, 586-cı məhəllədə çoxmərtəbəli binaların həyətində davam etdiriləcək.
Mənzillərini dövlət qeydiyyatına almaq istəyənlər müvafiq tarixlərdə saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışını səyyar ofisə təqdim etməlidir. Mobil ofislərdə vətəndaşlar daşınmaz əmlakla bağlı suallarına da cavab ala bilərlər.