Dekabrın ilk hərracında hansı dövlət əmlakları özəlləşdirildi?
Dekabrın 3-ü tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Budəfəki hərracda nəqliyyat vasitələri özəlləşdirilib.
Nəqliyyat vasitələrindən biri rəqabətli şəkildə özəlləşdirilib. Belə ki, 2005-ci il istehsalı olan Chevrolet Nivanın ilkin qiyməti 4 min manat olsa da artırılan təkliflər nəticəsində maşın 5200 manata özəlləşdirilib.
Bundan başqa Alman istehsalı olan Mercedes Benz Viano-da alıcıların diqqətini cəlb edib. İstehsal ili 2012-ci il olan bu maşın 36 min manata özəlləşdirilib. Digər özəlləşdirilən nəqliyyat vasitəsi isə Rusiya istehsalı olan QAZ-221721-dir.
Qeyd edək ki, növbəti özəlləşdirilmə hərracı 10 dekabr tarixində keçiriləcək. Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və iştirak statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Vətəndaşlar dövlət əmlakları üzrə sifarişləri elektron formada verməklə yanaşı, hərraclarda onlayn iştirak edə bilər.