Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektə Bakının Sabunçu rayonunda yerləşən 7 saylı kafeni nümunə kimi göstərmək olar. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 214,7 kv.m, torpaq sahəsi isə 250 kv.m-dən çoxdur. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişlidir. Qeyd edilməlidir ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Bundan başqa sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Yeyinti sahəsi üçündə yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektlərə "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsini nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 221 kv.m, torpaq sahəsi isə 26 min kv.m-dən çoxdur. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Bu isə həmin əmlakın gəlirliliyini artıran amillərdəndir.

Təmir sahəsinə aid olan “Avtomobillərə texniki qulluq stansiyası” da əlverişli əmlaklardandır. Adı çəkilən əmlak Bərdə şəhərində yerləşir.  Ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 1500 kv.m, ümumi faydalı sahəsi isə 100 kv.m-ə yaxındır.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 21-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 13 kv.m ilə 514 kv.m arasında dəyişir.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Mingəçevir Qum Çınqıl“, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Kəndkimya Təchizat”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum Çınqıl“ Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 155 min manata yaxındır.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3483

Hərraca çıxarılan əmlaklar iqtisadi baxımından olduqca cəlb edicidir. Hərraclara həm iri biznes layihələrinin, həm də kiçik sahibkarlığın reallaşdırılması üçün əlverişli əmlaklar çıxarılır. Bu isə investorların seçim imkanını artırır. Həmin əmlakların iaşə obyekti, ofis kimi, gəlir gətirə biləcək digər sahələrdə fəaliyyətini qurmaq olar. Eyni zamanda əmlakı icarəyə verib  yaxşı qazanc əldə etmək də mümkündür. Belə ki, özəlləşməyə çıxarılan əksək obyektlər infrastruktur baxımından əlverişli mövqelərdə yerləşirlər.  Qeyd edilməlidir ki, hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, respublikanın digər şəhər və rayonlarında yerləşir.

Qeyd edilməlidir ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir. Hərracda iştirak üçün prosedurlar olduqca sadədir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Özəlləşmə prosesini sürətləndirən yenilik olan Elektron hərracın köməyi ilə də özəlləşdirilmə prosesi daha da sürətlənir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.