08 oktyabr hərracına hansı dövlət əmlakları çıxarıldı?
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şəffaflığı və əlçatanlığı təmin etmək məqsədilə hərraclarda hər kəsin rahat iştirakı təmin edilir. Belə ki, istənilən şəxs hərrac günü həm məkana getməklə, həm də komitənin sosial şəbəkə səhifələri və digər internet resurslarından keçid etməklə hərraclara qeydiyyatsız formada qoşula bilir. Onlayn hərraca qoşulan şəxs prosesə çıxarılmış lotun adı, start və cari qiyməti, eləcə də təkliflərin irəli sürülməsini canlı formada izləyir.
Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 08 oktyabr tarixində keçiriləcək. Hərraca çıxarılan nəqliyyat vasitələrinin buraxılış illəri 2006 və 2007-ci illərdir. VAZ və Toyota markalarından olan bu avtomobillərin ilkin hərrac qiymətləri 2 min manat ilə 10 min manat arasındadır.
Hərraclarda elektronlaşma özəlləşdirməyə qoşulmaq istəyən şəxslərə onlayn seçim, sifariş və iştirak imkanları verir. Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Bu resurslardan seçim edərək qeydiyyatdan keçən şəxs dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilər. Hərrac günü hər kəs komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.