Budəfəki hərracda hər bir sərmayəçi öz biznes portfelinə uyğun əmlak sahibi olub
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələləri Biləsuvar və Ağstafa şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisələri xidmət və tikinti sahələrində əlverişli hesab edilir. Belə ki, Biləsuvarda yerləşən ümumi faydalı sahəsi 106,2 kv.m olan obyekt xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Ağstafada yerləşən Qazax Kənd Tikinti Birliyi də sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 179,8 kv.m təşkil edir. Torpaq sahəsi isə 3170 kv.m-dir.
Qeyd edilməlidir ki, hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahələri ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Məlumat üçün bildirilməlidir ki, budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 108 kv.m təşkil edir. Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələri paytaxtın Nizami, Nəsimi, Binəqədi rayonlarında yerləşir.
Hərracda ən ucuz qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə paytaxtın Binəqədi rayonunda yerləşir. Həmin əmlak 9 min manata sahibini tapıb.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. Belə ki, həmin müəssisələrdə istehsalın canlanması daxili tələbatımızın ödənilməsinə imkan verir. Eyni zamanda bununla xarici bazarlara çıxış imkanı artır. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir. Regionlarda yeni iş yeri açılmaqla insanların yaşayış səviyyəsində müsbət dinamika müşahidə edilir.
Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qurmaq imkanı yaradır. Bu isə iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin atmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır.
Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac 7 noyabr tarixində keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2726