Əmlak Məsələləri Dövlət Komitəsində dövlət qulluqçuları and içdilər
Sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlətçiliyi və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun sürətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içdilər.
Qeyd edək ki, müsabiqədə müvəffəqiyyət qazanmış namizədlər 6 ay stajçı kimi qulluğa qəbul edilib, daha sonra 3 ay sınaq müddətini uğurla başa vuraraq ölkə qanunvericiliyinə uyğun şəkildə daimi dövlət qulluğuna qəbul ediliblər.
Bildirilməlidir ki, komitə ötən il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən elan edilmiş müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçən 85 nəfəri
vakant vəzifələrə təyin edib.