Mobil ofisdə yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri, qeyri-yaşayış sahələri və digər daşınmaz əmlakların qeydiyyatı üçün sənədlərin toplanması, texniki pasportların verilməsi kimi xidmətlər göstərilir. Kampaniya çərçivəsində əhalinin qeydiyyat ilə bağlı maarifləndirilməsi də həyata keçirilir. Belə ki, sakinlərə xidmət prosedurları, tələb olunan sənədlər, dövlət rüsumu və xidmət haqqı ilə bağlı məlumat verilir, hüquqi yardım göstərilir. Eyni zamanda, vətəndaşlar elektron çıxarışa tam keçid barədə maarifləndirilir, elektron çıxarışların üstünlükləri, istifadə qaydaları izah olunur.