Servitut: özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?
Servitutun dövlət qeydiyyatının ləğv edilməsi üçünsə müşayət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, servitut müqaviləsi tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, məhkəmə qərarı əsas hesab olunur. Həmçinin daşınmaz əmlaka dair çıxarış, servitutun aradan qalxmasına dair sənədlər, servituta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma və digər sənədlər tələb olunur. Bu xidmət də 3 iş günü ərzində yerinə yetirilir. 20 manat xidmət haqqı və 10 manat dövlət rüsumu tələb olunur. Ödəniş bank, onlayn şəkildə, terminallar vasitəsilə həyata keçirilir.
Məlumat üçün bildirilməlidir ki, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.
Bu əməliyyatları yerinə yetirmək üçün elektron qayda ilə yanaşı, vətəndaşlar Əmlak Xidmətləri Məkanına, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edə bilərlər. Xidmətlərdən istifadə etmək üçün e-emdk.gov.az saytına daxil olmaqla 23-cü və 24-cü bölməni seçə bilərsiz.