Tədbirin keçirilməsində başlıca məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində istifadəyə verilən bu yeni xidmətlərin vətəndaşlara verdiyi fayda, istifadə qaydaları və müsbət nəticələri barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda tədbir çərçivəsində daşınmaz əmlakların sənədləşdirilməsi istiqamətində vətəndaş məmnunluğunun daha da artırılması, habelə rahatlıq və çevikliyi təmin edən Komitənin həyata keçirdiyi innovativ işlər, sosial layihələr, elektron xidmətlər barədə də məlumatlar veriləcəkdir. Tədbirdə “Elektron hökümət” portalına inteqrasiyası edilən bu yeni xidmətlər barədə təqdimat keçiriləcəkdir.

Tədbir 27 sentyabr tarixində, saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında keçiriləcəkdir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31 (Elmlər Akademiyası metro stansiyasının arxası)

 

 

Hörmətlə,

 

Əmlak Məsələləri Dövlət Komitəsinin

İnformasiya, ictimaiyyətlə əlaqələr

və protokol şöbəsinin müdiri                                             Qulu Xəlilov