Çevik xidmət və rahat müraciət: “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağa qəsəbəsində
Yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, qəsəbə sakinləri hüquqi yardımın göstərilməsi üçün də müraciət edə bilər. Sosial aksiya çərçivəsində göstərilən xidmətlərlə bağlı bütün suallar cavablandırılır və hüquqi məsləhətlər verilir. Mülkiyyət hüququnu həyata keçirərək leqal daşınmaz əmlaka sahib olmaq istəyən bütün vətəndaşlarımızı səyyar xidmətlərdən yararlanmağa dəvət edirik.