Bu kampaniya fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı qeydiyyat xidmətlərini birbaşa vətəndaş  ünvanlarına gətirir. Səyyar ofislərin müasir formada təşkili ilə qeydiyyat xidmətləri müvafiq qurumlardakı kimi göstərilir. Sürətli və operativ qeydiyyat xidmətləri ilə yanaşı, sakinlər hüquqi xidmətlərdən də istifadə edir. Komitə əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırır, onlara qanunvericiliyə uyğun məsləhətlər verilir.