Ad, Soyad, Ata adı Alıyev Neməddin Sədrəddin oğlu

Doğum tarixi və yeri

15.12.1991, Daşkəsən rayonu

Təhsili

Gəncə Dövlət Universiteti, Tarix, 2014

İşlədiyi  qurum

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi, Qeydiyyat şöbəsi, qeydiyyatçı

Rəy Vaxtilə ulu öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı bugün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin bu sahədə gənclərə göstərdiyi diqqət təqdirə layiq bir haldır.Komitədə könüllü fəaliyyətin təşkil edilməsi bunun bariz nümunəsidir. Mən və mənim kimi onlarla gənc bu imkandan yaxşı mənada istifadə edə bilmişik. Etdiyimiz müraciətə baxılıb, bizim Komitəyə çağrılmağımız və orada bizə göstərilən xoş münasibət məni çox sevindirən bir hal oldu. Könüllü fəaliyyəti dövründə müxtəlif təlimlərin keçirilməsi təcrübə qazanmağımızda böyük rol oynadı. Komitənin ərazi idarəsində könüllü kimi fəaliyyət göstərməyim və öyrəndiklərimi praktiki olaraq həyata keçirməyim nəticəsində fəaliyyəti biriməyimlə bağlı olan imtahanı uğurla keçdim.  Həmçinin imtahan prosesində hər bir şəxsə qarşı obyektivliyin olması, ayrı seçkiliyin olmaması təqdirə layiqdir. İşə qəbul prosesinin bu qədər sadələşdirildiyi üçün Komitə rəhbərliyinə təşəkkür edirik.