“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanına uyğun olaraq rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə:
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokolların tərtib edilməsi:
- İnzibati Xətalar Məcəlləsinin 244-cü, 244-1-ci, 245-ci, 246-cı, 247-ci, 248-ci, 250-ci, 251.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilərinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 251.1-ci, 270.0.1-ci, 270.0.2-ci, 270.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair aidiyyəti işlər üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin baş məsləhətçi və aparıcı məsləhətçilərinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 557.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair Aparatın Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin Dövlət əmlakının registri sektorunun böyük məsləhətçilərinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 557.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair Aparatın Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin Dövlət əmlakından səmərəli istifadəyə nəzarət sektorunun böyük məsləhətçilərinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 558.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavinləri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Dövlət reyestrinin aparılması və elektron xidmətlər şöbəsinin müdiri və onun müavininə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 560-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair Aparatın Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsinin Dövlət əmlakının icarəyə verilməsi sektorunun və Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin Dövlət əmlakından səmərəli istifadəyə nəzarət sektorunun müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilərinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 561-ci nəzərdə tutulmuş inzibati xətalara dair Aparatın Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin Dövlət əmlakından səmərəli istifadəyə nəzarət sektorunun müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilərinə həvalə edilir.
- Müvafiq ərazilər üzrə şəhər və rayonlarda:
- İnzibati Xətalar Məcəlləsinin 244-cü, 244-1-ci, 245-ci, 246-cı, 247-ci, 248-ci, 250-ci, 251.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair protokolların tərtib edilməsi ərazi şöbələrinin dövlət nəzarətinin həyata keçirilməsi həvalə edilmiş baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilərinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 560-cı və 561-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair protokolların tərtib edilməsi ərazi şöbələrinin müdirləri, onların müavinləri, baş məsləhətçi, aparıcı məsləhətçi və məsləhətçilərinə həvalə edilir.