“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb etmə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarların (qərardadların) qəbul edilməsi:
- İnzibati Xətalar Məcəlləsinin 244-cü, 244-1-ci, 245-ci, 246-cı, 247-ci, 248-ci, 250-ci, 251.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoruna, direktor müavininə, Agentliyin Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarətinin təşkili şöbəsinin müdirinə, həmin şöbənin müdir müavininə və sektor müdirlərinə, Komitənin ərazi şöbələrinin müdirlərinə və onların müavinlərinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 251.1-ci, 270.0.1-ci, 270.0.2-ci, 270.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında aidiyyəti işlər üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin müdirinə həvalə edilir.
- İnzibati Xətalar Məcəlləsinin 557-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Aparatın Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin müdirinə həvalə edilir.